Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakının sülhlə bağlı son tələbi... – İrəvandan açıqlama

Baxılıb: 743     Tarix: 25-09-2025 15:40   

Ermənistanın ədliyyə naziri Srbui Qalyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib.
Qanunvehedef.az Teleqraf-a istinadən xəbər verir ki, o, jurnalistlərlə söhbətində Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması barədə suala da cavab verib.
Ermənistan Konstitusiyası ilə bağlı dəyişikliklərə toxunan Srbui Qalyan qeyd edib:
“Müstəqillik Bəyannaməsinin qorunub saxlanılıb-saxlanamayacağından asılı olmayaraq, bu, tarixi reallıqdır. Yəni, “Üçüncü Respublika” yalnız Müstəqillik Bəyannaməsi sayəsində mövcud ola bilib və bu, tarixi sənəddir, tarixi reallıqdır”.
Xatırladaq ki, ədliyyə naziri bundan əvvəl bəyannaməyə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.
Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar