Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Əliyev həmkarını təbrik etdi

Baxılıb: 496     Tarix: 26-09-2025 11:28   

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar,
qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}