Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Trampı məhkəməyə verdilər

Baxılıb: 660     Tarix: 29-09-2025 10:49   

ABŞ-nin Oreqon ştatı ölkə Prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.
Qanunvehedef.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, buna səbəb Trampın “daxili terrorizmlə mübarizə” üçün ştatın Portlend şəhərinə Milli Qvardiya üzvlərinin göndərilməsi barədə qərarı olub.
Qəzet yazır ki, ştatın prokuroru Den Reyfild sentyabrın 28-də Oreqon məhkəməsində “Milli Qvardiyanın qeyri-qanuni federallaşdırılması” ilə bağlı iddia qaldırıb.
Qubernator Tina Kotekin sözlərinə görə, sentyabrın 27-də Trampla telefonla danışıb və ona Portlenddə, eləcə də ştatın digər şəhərlərində ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olmadığını bildirib.
Qeyd edək ki, D.Tramp sentyabrın 27-də “daxili terrorizmlə” mübarizə üçün Oreqonun ən böyük şəhərinə hərbçilərin göndərilməsi barədə göstəriş verib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar