Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ərdoğan: “Trampla danışıqlar səmərəli və müsbət keçdi”

Baxılıb: 698     Tarix: 30-09-2025 09:46   

“Son iki onillik ərzində Türkiyə hökuməti ölkənin və xalqın maraqlarını qorumaq üçün bütün mümkün səyləri göstərib. Bu yanaşma ABŞ ilə yüksək səviyyəli danışıqların əsasını təşkil edib”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin 3,5 saat davam edən iclasından sonra keçirilən brifinqdə səsləndirib.
Ərdoğan ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqları “çox səmərəli və müsbət” kimi dəyərləndirib.
“Sentyabrın 25-də Vaşinqtonda Prezident Trampla dostcasına bir çox məsələləri müzakirə etmək fürsətim oldu. Bunlar arasında birgə ticarət dövriyyəsinin illik 100 milyard dollara çatdırılması istiqamətində atılan addımlar da var”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər Ağ Evin gündəmində əsas yer tutur.
Ərdoğan Trampla görüşün nəticələrinin yaxın gələcəkdə daha aydın şəkildə hiss olunacağına əminliyini ifadə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar