Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İlham Əliyev Maya Sandu ilə görüşdü - Fotolar

Baxılıb: 577     Tarix: 02-10-2025 09:45   

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə edib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar