Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Edi Rama Makronla zarafatlaşdı - “Azərbaycanla Albaniyanı da təbrik edin”

Baxılıb: 817     Tarix: 02-10-2025 13:35   

Danimarkada hazırda keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci sammiti bir neçə maraqlı anla yadda qalıb. 
Qanunvehedef.az xəbər verir ki, tədbir çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın öz çıxışlarında səhvən Ermənistan əvəzinə “Albaniya və Azərbaycan arasında münaqişə” deməsinə zarafatla toxunub.
Belə ki, o Fransa lideri Emmanuel Makrona zarafatla deyir ki, o, Azərbaycan və Albaniyanı da təbrik etməlidir:
“Makron, bizdən üzr istəməlisiz. Çünki bizi Trampın Albaniya ilə Azərbaycan arasında təmin etdiyi sülh sazişi ilə bağlı təbrik etməmisiniz”.
Makron isə cavabında gülərək “Buna görə üzr istəyirəm” deyib.
Edi Rama davamında Makrona onun yalnızca Ermənistanla maraqlandığını, Albaniya ilə bağlı Trampa təşəkkür etmədiyini bildirib.
Bununla yanaşı, görüntülərdə E.Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi davranışı da diqqət çəkib.



Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar