Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Durov Qazaxıstanda süni intellekt laboratoriyası açdı

Baxılıb: 701     Tarix: 03-10-2025 10:37   

“Telegram” messenceri və “VKontakte” sosial şəbəkəsinin təsisçisi Pavel Durov Qazaxıstanda “Alem AI” adlı süni intellekt laboratoriyası açıb.
Qanunvehedef.az Qazaxıstanın “Tengrinews” portalına istinadən xəbər verir ki, P.Durov bu barədə məlumatı Astanada keçirilən “Digital Bridge 2025” beynəlxalq forumunun plenar iclasında açıqlayıb.
Onun sözlərinə görə, həmin laboratoriyanın ilk layihəsi “Telegram”la ölkənin Süni İntellekt Nazirliyi tərəfindən yaradılan superkompüter klasteri arasında əməkdaşlıq olacaq: “Bu texnologiya bir milyarddan çox insana süni intellekt funksiyalarından məxfi, şəffaf və səmərəli şəkildə istifadə etməyə imkan verəcək”.
P.Durov forum çərçivəsində həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar