Xəbər lenti
14/10/2025 [12:48]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DEPUTAT: "Təhsilə ən böyük investisiyalar əsasən dövlət tərəfindən həyata keçirilir"

Baxılıb: 551     Tarix: 14-10-2025 10:22   

 Azərbaycanda hər il təhsilə 5 milyard manata yaxın vəsait ayrılır.
Qanunvehedef.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə təhsil sahəsində bir sıra dövlət proqramları, konsepsiyalar və strategiyalar həyata keçirilib:
"Bu sənədlərin əsas istiqaməti təhsilin keyfiyyətinin artırılması, əlçatanlığının təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması və təhsil islahatlarının ardıcıl şəkildə həyata keçirilməsidir"
Nazir müavini vurğulayıb ki, təhsilə ən böyük investisiyalar əsasən dövlət tərəfindən həyata keçirilir:
"Dünya təcrübəsinə baxdıqda görürük ki, orta hesabla təhsil investisiyalarının təxminən 85 faizi dövlətin, 15 faizi isə özəl sektorun payına düşür. Lakin bu göstərici ölkələrə və təhsil səviyyələrinə görə dəyişir. Azərbaycan üzrə isə bu nisbət bir qədər fərqlidir, yəni təhsil sahəsinə qoyulan investisiyaların təxminən 95 faizi dövlət büdcəsindən, cəmi 5 faizi isə özəl sektor tərəfindən qarşılanır. Hər il dövlət büdcəsindən təxminən 5 milyard manata yaxın vəsait məhz təhsil sahəsinə yönəlir. Bu, ümumi daxili məhsulun təxminən 3,8 faizinə bərabərdir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar