Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukrayna Prezidenti Milad bayramına qədər öldürülə bilər

Baxılıb: 503     Tarix: 10-11-2025 11:38   

Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad bayramınadək ya öldürüləcəyi, ya da gizli sığınacaqlarından birinə qaçacağı ehtimal edilir.
Qanunvehedef.az xəbər verir ki, bu iddianı ABŞ-nin keçmiş dövlət katibi Kolinq Pauellin aparat rəhbəri, ehtiyatda olan polkovnik Lourens Uilkerzon “RIA Novosti”yə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Zelenski yaxın ətrafındakı oliqarxların və tərəfdarlarının dəstəyini itirəcək:
“Bu halda isə ya gizlənəcək, ya da aradan götürüləcək. Məncə, bu hadisələrdən biri Miladadək baş verəcək. Zelenskinin bundan artıq dözə biləcəyinə inanmıram”.
Xatırladaq ki, bundan əvvəl Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor da Zelenskinin Polşaya qaçış planı hazırladığını iddia etmiş, Rusiya Dövlət Dumasında isə onun Britaniya kəşfiyyatı tərəfindən aradan götürülməsi ehtimalı irəli sürülmüşdü.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar