Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkiyəli idmançı İlham Əliyevə təşəkkür etdi

Baxılıb: 661     Tarix: 10-11-2025 14:38   

Türkiyəli ağırlıqqaldıran Yusif Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
Qanunvehedef.az xəbər verir ki, bunu Report-a açıqlamasında türkiyəli idmançı bildirib.
73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb:
"Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".
O, azərbaycanlı ağırlıqqaldıranlarıla xoş münasibətdə olduğunu vurğulayıb:
"Bu yarışda da çempion oldum. Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanıram. Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var".
Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra milli komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar