Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Elison Huker Ermənistana getdi

Baxılıb: 627     Tarix: 17-11-2025 11:25   

ABŞ Dövlət katibinin müavini Elison Huker Ermənistanda səfərdədir.
Qanunvehedef.az Ermənistan mediasına istinadən xəbər verir ki, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın regional sülh və təhlükəsizlik məsələləri üzrə baxışını təşviq etməkdir.
ABŞ Dövlət katibinin müavini artıq ölkəsinin Ermənistandakı səfiri Kristina Kvinlə görüşüb.
Səfər çərçivəsində Elison Hukerin həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanla görüşləri planlaşdırılıb.
Görüşlər zamanı iki ölkə arasında münasibətlərin, habelə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) müzakirə olunacağı gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar