Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Tramp Putinlə Azərbaycan haqda bunları danışıb - Özü açıqladı

Baxılıb: 586     Tarix: 20-11-2025 11:34   

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparmasından bəhs edib.
Qanunvehedef.az xəbər verir ki, Tramp bu haqda Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edərkən bildirib.
Onun çıxışı isə Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.
“Mən bir çox müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycanda, orada nələrin baş verdiyini bilirsiniz. Mən bu problemi həll etdim. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib dedi: “İnana bilmirəm, sən hər şeyi həll etdin; biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”. Mən dedim ki, “bu barədə narahat olma. Sadəcə imkan ver, sənin lənətə gəlmiş müharibəni (Ukrayna müharibəsi - red.) həll edim. Mənim köməyə ehtiyacım yoxdur”, - Ağ Evin rəhbəri bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2