Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Baş nazir qərar imzaladı: yeni mərkəz yaradıldı

Baxılıb: 552     Tarix: 16-10-2018 10:54   

Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar verib.
Qanunvehedef.az-ın xəbərinə görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Nazirlər Kabineti Mərkəzin nizamnaməsini və strukturunu təsdiq etməli, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik) inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi,
icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, işçilərin say həddinin müəyyən edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi hüququna malikdir.
Agentliyə tapşırılıb ki, balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırsın və həmin əmlakı bir ay müddətində Mərkəzin balansına versin, Mərkəzin fəaliyyətini təmin etmək məqsədilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etsin.
Mərkəzin ilkin nizamnamə fondu 500.000 (beş yüz min) manat təşkil edir.
Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməlidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar