Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bolton özüylə Trampın dostunu da gətirir – Qlazevlə görüş

Baxılıb: 650     Tarix: 19-10-2018 14:42   

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri ilə Boltonla bərabər Ermənistana Nyu Yorkun eks-meri, Trampın kibertəhlükəsizlik üzrə müşaviri Rudolf Culiani də gələcək.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Suren Sərkisyan paylaşıb.
“Culiani Trampın şəxsi vəkilidir. 11 sentyabr teraktı zamanı o, Nyu Yorkun meri idi. Bir müddət əvvəl o, Corc Sorosu antixrist (bir növ, dəccal – red.) adlandırmışdı. Ona görə də yenə təkrar edirəm ki, Soros və ABŞ bir-birinə bağlı deyillər”, – deyə o bildirib.
“Armenpress” saytı isə Culianinin Ermənistanda Avrasiya Həftəsi Forumunda iştirak edəcəyini bildirib. Onun burada Rusiya Prezidentinin regional iqtisadi inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazevlə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə oktyabrın 20-də səfər edəcək.шаблоны для dle 11.2