Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Onun taleyi Ərdoğanın əlindədir"

Baxılıb: 595     Tarix: 24-10-2018 12:55   

"Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın taleyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindədir".
Publika.az xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki çıxışını şərh edən Böyük Britaniyanın "Qardiyan" nəşri yazıb.
"Sonunda, böyük ehtimalla vəliəhd şahzadənin taleyini müəyyən edəcək şəxs Ərdoğan və araşdırmaçıların ortaya qoyacağı dəlillər olacaq. Dünənki çıxış bəlkə də yalnız açılış səhnəsi idi", - nəşr qeyd edib.
"Ərdoğan Kral Salmanın istintaq üçün əməkdaşlıq etdiyini və səmimi olduğunu söyləsə də, vəliəhd şahzadə haqqında eynisini söyləmədi. Diqqətli oxunduğunda, Ərdoğanın çıxışı şahzadə haqqında bir ittiham idi. Məqsədi isə Kralı Səudiyyə Ərəbistanının etibarını xilas etmək üçün şahzadəni vəzifədən çıxarmaq və ya ən azından gücünü göstərməli olduğuna razı salmaqdır", - məqalənin müəllifi Patrik Vintur yazıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edib. Prezident Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.
Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar