Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Qabriela Baronla görüşdü

Baxılıb: 646     Tarix: 25-10-2018 16:33   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirib.
Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır. Belə ki, bu təşkilat bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsini planlaşdırır. Xanım Qabriela Baron Azərbaycanın bu mühüm tədbirə də ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi və bunu çox yaxşı təşəbbüs kimi dəyərləndirdi.
Söhbət zamanı Bakıda keçirilən Forumun ölkələr və xalqlar arasında əlaqələrin, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar