Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Baxılıb: 926     Tarix: 03-07-2026 07:59   

Rusiyanın neft emalı obyektlərinə Ukraynanın endirdiyi zərbələrə cavab olaraq Kremlin hücumları daha da intensivləşdirdiyi müşahidə olunur. Lakin bu zərbələrin əhəmiyyətli hissəsi hərbi hədəflərə deyil, mülki infrastruktura yönəlir. Son hücumlar zamanı Kiyevdə 20 yaşayış binası zədələnib, çoxsaylı ölən və yaralanan var, şəhərdə matəm elan edilib.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert qeyd edib ki, artıq dəfələrlə qeyd olunduğu kimi, 2026-cı ilin yay aylarının müharibə tərəfləri üçün son dərəcə ağır keçəcəyi gözlənilir:

“Rusiyanın gecə saatlarında yaşayış məntəqələrini hədəfə alması onun cəbhədə və strateji istiqamətlərdə istədiyi nəticələri əldə edə bilməməsi ilə əlaqələndirilir. Eyni zamanda, Ukraynanın Rusiya ərazisindəki neft emalı müəssisələrinə zərbələri davam edir. Bu fonda Rusiyada yanacaq təminatı ilə bağlı problemlərin yarandığı, Moskva və digər şəhərlərdə narazılıqların artdığı bildirilir.

Daxildə narazılığın artdığını göstərən hadisələrdən biri də rusiyalı hərbçinin Prezident Vladimir Putinə müraciətindən sonra baş verib. Bildirilir ki, o, Moskvaya qayıtdıqdan sonra saxlanılıb, evində axtarış aparılıb, texniki avadanlıqları müsadirə edilib və barəsində cinayət işi açılıb”.

Ekspertin fikrincə, hazırkı vəziyyət fonunda qarşıdakı günlərdə həm Rusiyanın, həm də Ukraynanın qarşılıqlı zərbələri davam etdirəcəyi gözlənilir:

“Ukrayna artıq Rusiyanın zərbələrinə adekvat cavab verməyə qadirdir. Bunu Ukrayna Prezidenti Zelenski də təsdiqlədi. O qeyd etdi ki, Rusiya Kiyevə endirdiyi zərbəyə görə cavab alacaq. Bu baxımdan Rusiyanın strateji obyektlərinə güclü zərbələr gözlənilir”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}