Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Saakaşvili faktı Rusiyanı ayıltdı: Tiflisdə nə baş verir?

Baxılıb: 635     Tarix: 30-10-2018 10:46   

Gürcüstan müxalifətinin prezident seçkisində qələbəsi Saakaşvilinin geri dönməsi üçün şərait yaradacaq.
Qanunvehedef.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.
“Gürcüstanın dövlət quruluşunu nəzərə alsaq, prezidentin formal olaraq məhdud səlahiyyətlərə sahib olduğunu görə bilərik. Lakin bu formal olaraq belədir. Belə ki, prezident hələ də əfv hüququna sahibdir. Bu, gələcəkdə baş verəcək daxili siyasi proseslərin inkişafında ciddi nəticələrə sahib ola bilər. Rusiya Gürcüstandakı situasiyanın inkişafını diqqətlə izləyəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanda bazar günü keçirilən parlament seçkilərində qalib gələn olmayıb. Hakim Gürcü Arzusu Partiyasının namizədi Zurabişvili ilə Saakaşvilinin partiyasının da dəstəklədiyi müxalifətin namizədi Vaşadze arasında ikinci tur keçiriləcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar