Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məmmədyarov İstanbulda Zəriflə görüşdü

Baxılıb: 610     Tarix: 30-10-2018 12:03   

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İstanbulda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Report xəbər verir ki, görüş Dolmabaxça sarayında keçirilib.
Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırki durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.



{sape_links}{sape_article}