Türkiyə, Azərbaycan və İran XİN başçıları İstanbulda görüşdü
Baxılıb: 578 Tarix: 30-10-2018 13:15
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İstanbulda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Report xəbər verir ki, görüş Dolmabağça sarayında keçirilib.
Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırki durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.
***
İstanbulda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərifin VI üçtərəfli görüşü keçirilib.
Görüşdə tərəflər üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda nazirlər coğrafi cəhətdən əlverişli mövqeyə malik üç ölkənin tranzit potensialının artırılmasına, eləcə də nəqliyyat infrastrukturunun inkişafı üçün əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər.
Görüşdən sonra mətbuat konfransı keçirilib.
Ən çox oxunanlar
Son xəbərlər