Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Felgenhauer: Bolton Kremldə Nikola qarşı isteriya yaratdı

Baxılıb: 788     Tarix: 31-10-2018 12:14   

Con Boltonun səfərindən sonra Moskvada antierməni və antipaşinyan isteriyası formalaşır.
Qanunvehedef.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində rusiyalı hərbi analitik Pavel Felgenhauer deyib.
“Moskvanın öz stilini dəyişib, Ermənistanda yaranan çətin situasiyanı başa düşməyə cəhd edəcəyini düşünməyə dəyməz. Ermənistan çox çətin situasiyaya düşüb. İrəvanın atacağı hər bir səhv addım onun düşdüyü situasiyanı daha da çətinləşdirəcək. Cənubi Qafqaz respublikaları içərisində İranla münasibətlərdə əsas açar ölkə Ermənistan sayılır. Buna görə də Amerika tərəfi Ermənistandan İranla sıx əlaqələri kəsməyi tələb edir. Moskvaya gəlincə, Paşinyanın ABŞ silahlarını ala biləcəkləri haqqında bəyanatı Rusiyada isteriya yaradıb. Moskva indidən deyir ki, amerikalılar indi də Ermənistanı bizdən alırlar. Moskva öz sərt davranışlarını dəyişməyəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, indiki zamanda həqiqətən Ermənistanın ABŞ silahlarına ehtiyacı var:
“Ermənistan Azərbaycana bu məsələdə uduzur. Bakı bu cür silahları İsraildən almaqla kompensasiya edir, amma Rusiyada bu cür silahlar yoxdur. Məntiqlə Moskva belə situasiyada Ermənistanın öz təsirində saxlanılması üçün ona daha çox rus silahı almağa imkan verəcək yeni sərfəli kreditlər təklif edə bilər.
Paşinyana bundan öncə də güvənmirdilər. Boltonun bəyanatından sonra Moskvanın Ermənistanda hakimiyyətə qərbyönlü adamların gəlməsini deməyə əsasları yaranır”.шаблоны для dle 11.2



buy yes2win seo ranking