Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Mədət Quliyevdən VACİB TAPŞIRIQ

Baxılıb: 716     Tarix: 01-11-2018 15:13   

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev komissiya üzvlərinə tapşırıqlar verib.
Modern.az-ın məlumatına görə, M.Quliyev deyib ki, komissiya üzvləri daha ciddi şəkildə işləməlidirlər: "Dövlət Komissiyasının fəaliyyəti qənaətbəxş hesab edilsə də, Komissiyanın sədri kimi tələblərim var. Əsas narazılığım odur ki, komissiya üzvlərinin bir-biri ilə əlaqələri zəifdir. Biz başa düşməliyik ki, burada insan taleyindən söhbət gedir".
Komissiya sədri qeyd edib ki, Ermənistan beynəlxalq oyunçular tərəfindən istifadə edilir, Azərbaycan isə Ermənistanın törətdiyi əməlləri dünya ictimaiyyətinə çatdırır: "Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ermənilərin kim olduğu üzə çıxır. Əminəm ki, ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad ediləcək".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar