Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazir qərar verdi: bu şəxslərə birdəfəlik ödəmə verilir

Baxılıb: 729     Tarix: 02-11-2018 16:29   

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.
Bu barədə Qanunvehedef.az-a Nazirlikdən məlumat verilib.
Komissiyanın sədri, Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəhid ailələrinə yüksək qayğısının növbəti təzahürü olan 2018-ci il 19 aprel tarixli fərmanın icrası olaraq şəhid hərbi quluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması üçün ötən dövrdə müvafiq işlərin görülməsi təmin olunub. Nazir qeyd edib ki, bu istiqamətdə mühüm addım kimi birdəfəlik ödəmənin çevik, şəffaf, sənədlərin “bir pəncərə” əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Şəffaflıq üçün vacib məqamlardan biri kimi, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilib.
S.Babayev qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələri Nazirliyin saytında cari ilin 9 oktyabr tarixindən fəaliyyətə başlayan “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. Bu bölmə vasitəsilə şəhid hərbi qulluqçulardan bu günədək artıq 96 faizinin vərəsələri birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib və notariat kontorlarında onlardan sənədlər qəbul olunur. Qəbul olunmuş sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.
İclasda birdəfəlik ödəmənin verilməsi ilə bağlı notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş və Nazirliyə təqdim edilmiş sənədlərin müvafiq işçi qrupu tərəfindən təhlil olunduğu, hər hansısa sənədlərdə çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlərin aparıldığı qeyd olunub.
İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində digər vərəsələr üzrə də notariat kontorları tərəfindən göndərilmiş sənədlərin araşdırılması və təhlili işləri davam etdiriir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar