Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya sıradan çıxacaq, əsas təhlükə Çindir – Danford

Baxılıb: 461     Tarix: 06-11-2018 08:18   

Rusiya çətin ki, 2025-2035-ci illərdə ABŞ üçün Çin qədər təhlükə təşkil etsin, çünki rəsmi Moskva öz potensialını hazırkı səviyyədə qoruyub saxlaya bilməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah rəisi, ordu generalı Cozef Danford danışıb.
“Orada demoqrafik və iqtisadi göstəricilər aşağı düşür. Ona görə də düşünürəm ki, Rusiya 2025-2035-ci illərdə Çin qədər əhəmiyyətli təhlükə təşkil etməyəcək”, - general bildirib.
Danfordun sözlərinə görə, hazırda Çinin öz potensialını artırmaq üçün daha çox imkanları var.
“Onlar hərbi potensiallarını artırmaq üçün son bir neçə il ərzində apardıqları işə davam edəcəklər. Məncə, növbəti 20-30 il üçün Çini diqqətdə saxlayacağımız təhlükə olaraq qəbul etmək lazımdır”, - general qeyd edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar