Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat bahalaşmaya etiraz etdi

Baxılıb: 507     Tarix: 13-11-2018 17:31   

Deputat Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından danışıb.
Qanunvehedef.az xəbər verir ki, o, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, milli valyutamızın gələn il və ondan sonrakı 3 il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub: "Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu göstərilən xəttlə mütənasib deyil".
Deputat həmçinin Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirib: "Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar".
Azərbaycanın xarici dövlət borcu məsələsinə də toxunan V. Əhmədov vurğulayıb ki, adambaşına xarici dövlət borcu 1000 dollar təşkil edir: "Bu da ÜDM-nin 22 faizini təşkil edir, yəni, 9,6 milyard manat deməkdir. Amma bunun büdcə hesabına ödənməsi düzgün deyil. Bu borcu hansı qurum alıbsa, özü də qaytarmalıdır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar