Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp “Dəli ərəb”i Ər-Riyada səfir göndərir

Baxılıb: 481     Tarix: 14-11-2018 19:50   

ABŞ Prezidenti Donald Tramp ehtiyatda olan ərəb əsilli general Con Əbizeydi ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri vəzifəsinə irəli sürüb.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb. Əbizeydin bu vəzifəyə təyinatı üçün onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.
Qeyd edək ki, Əbizeyd 2003-2007-ci illərdə İraq və Əfqanıstandakı əməliyyatlara rəhbərlik edib. 67 yaşlı Əbizeyd əslən livanlı xristiandır. O, ərəb dilini İordaniyada keçdiyi xüsusi kurs zamanı öyrənib. Şərqşünaslıq təhsili alan Əbizeydin dissertasiyası Səudiyyə Ərəbistanının silahlanma sahəsindəki siyasəti haqqında olub. Onun ABŞ ordusunda “Dəli ərəb” ləqəbi ilə məşhur olduğu vurğulanıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar