Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Makrondan Trampa unikal cavab: Ona icazə verirəm!

Baxılıb: 599     Tarix: 15-11-2018 08:31   
Müttəfiq olmaq asılı olmaq anlamına gəlmir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidentinin Fransa ilə bağlı tənqidlərinə cavab olaraq deyib.
“Trampın tənqidlərinə cavab vermək niyyətində deyiləm. O, sadəcə Amerika siyasəti yürüdür və buna icazə verirəm. ABŞ Fransanın tarixi müttəfiqidir və belə də olacaq. Lakin onlardan asılı olmağımıza ehtiyac yoxdur. Avropanın suverenliyinə inanıram. Bütün fransızların təhlükəsizliyini ABŞ-a etibar edək? Xeyr, mənim vəzifəm fransızları qorumaqdır”, - deyə prezident bildirib.
Qeyd edək ki, Tramp Makronun Ümumavropa ordusu ilə bağlı fikirlərini kəskin və aşağılayıcı tərzdə tənqid etmişdi.
Öz növbəsində Yelisey Sarayının bəyanatında da Ağ Ev rəhbərinin bu tənqidinə cavab olaraq, ondan nəzakətli olmaq tələb edilmişdi.шаблоны для dle 11.2