Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanlılar Ruhaniyə etiraz etdi: Kürdləri sevindirmə!

Baxılıb: 1 031     Tarix: 21-11-2018 11:50   

İran Prezidenti Həsən Ruhaninin Qərbi Azərbaycana səfəri zamanı “Urmiya əyaləti” ifadəsini işlətməsi güneyli soydaşlarımızın etirazları ilə qarşılanıb.
Qanunvehedef.az xəbər verir ki, onlar sosial şəbəkələrdə etirazlarını bildirərək, Qərbi Azərbaycanın belə adlanmasının yanlış olduğunu deyiblər.
Güneyli fəallar qeyd ediblər ki, “Urmiya əyaləti” kürd qrupları sevindirən ifadədir:
“Həmin qruplar nə qədər gülünc olsa da, bu ərazini ələ keçirmək üçün açıq və gizli planlar həyata keçirir, kütləvi informasiya vasitələrində “Azərbaycan” sözündən istifadə etmirlər. Kürd qruplaşmalar Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətinə göz dikib”.
Fəallar bildiriblər ki, Qərbi Azərbaycan əyalətinin adı bundan əvvəl bəzi rəsmi orqanlar, o cümlədən ETTELAAT və İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən təhrif edilərək, “Urmiya əyaləti” adlandırılıb.



{sape_links}{sape_article}