Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türk və gürcü generallarını Bakıya gətirən – Səbəb

Baxılıb: 756     Tarix: 21-11-2018 18:23   

Azərbaycan, Türkiyə və Gürcüstan uzun müddətdir ki, təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığı inkişaf etdirirlər.
Bu sözləri Qanunvehedef.az-a Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıya səfəri haqda danışan millət vəkili Rasim Musabəyov deyib.
“Generalların Bakıya səfəri ilk növbədə kommunikasiyaların təhlükəsizliyini təmin etməklə bağlıdır. Söhbət Bakı-Tiflis-Ceyhan neft kəmərindən, eyni zamanda qaz kəmərləri, dəmiryolu və istifadəyə verilmiş şose yollarının mühafizə və təhlükəsizliyinin üçtərəfli şəkildə təminatından gedir. Dövlətlərin sözügedən məsələlərlə bağlı məlumat mübadiləsi, müəyyən ehtiyat planı da var. Belə ki, fövqəladə hadisə baş verə zaman hər üç dövlət bir-birinə qarşılıqlı yardım edəcək. Generallar da məhz bunlardan irəli gələn məsələləri həll etmək üçün vaxtaşırı görüşürlər”, - deputat bildirib.
Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar