Azad Əliyev sahibkarlıq fəaliyyətini yüksək professionallıqla və böyük operativliklə icra edir!
Baxılıb: 1 897 Tarix: 23-11-2018 23:39
- Azad müəllim, - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Ölkədə sahibkarlığın perspektivləri barədə fikirlərinizi bilmək istərdik?
- İlk növbədə qeyd edək ki, Azərbaycan sahibkarlığın inkişafı üçün əlverişli ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər.
Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının təkmilləşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır. Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmişdir.
Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.
Azad müəllim rayonda gördüyü xeyriyyə işləri, əməlləri ilə bir çox idarə və təşkilat rəhbərlərinə əsl insanlıq nümunəsidir. Sadəliyi və insani hərəkətləri ilə heç vaxt öz təvazökar davranışlarında qüsura yol verməmişdir. Azad Əliyev İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri olaraq İsmayıllı rayonunun abadlaşması sahəsində uğurla çalışaraq,möhtəşəm layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Müasir tipli obyektlərin, yaşayış binalarının inşasına bütün fəaliyyətini əzmlə həsr edən
-Azad müəllim deyir: Yaşayış ərazisinin planlaşdırarkən öncə uşaq baxçası, məktəb, klinika, ticarət mərkəzi və istirahət parkı barədə düşünülmüş ideyalar həyata keçirilməlidir. Çünki bunlar və nəqliyyat marşurutları olmadan insanlar təminatdan kənar qala bilər. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malikdir, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləyir, vətəndaşlarla ünsiyyətdə olduqca diqqətli və nəzakətlidir.
İsmayıllı rayonunun sakinlərinin sevimlisi və hörmətlə adı çəkilən bir şəxsi kimi mən də istədim ki, bu məqaləni sözügedən alicənab və sadə insana həsr edəm. Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun
İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün postlarda
Azad müəllim özünü doğruldub. Vəzifəsinin öhdəsindən ləyaqətlə gələn, rəhbərliyin etimadını doğruldan, böyükdən kiçiyə hamının hörmət və rəğbətini qazanan
Azad müəllimə anasının südü, atasının çörəyi halaldır deyirəm. Mən bu insanı İsmayıllı rayonunda, eləcə də Azərbaycanın bir çox ərazilərində sahibkarlıq fəaliyyəti ilə məşğul insanlara örnək göstərirəm. Azad müəllimin malik olduğu müsbət xüsusiyyətlər, xüsusən də sadəlik və təvazökarlıq fəzil sifətlərdir. Bizdə hörmətli İsmayıllı Tikinti -27 ASC-nin direktoru Azad müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.
Ən çox oxunanlar
Son xəbərlər