Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Məşhur həmyerlimiz Rusiyada liderlik edir - Səsvermə

Baxılıb: 595     Tarix: 23-11-2018 17:32   

Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı keçirilən “Rusiyanın böyük adları” müsabiqəsində Surqut və Nijnevartovsk bölgəsində Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov liderlik edir.
Qanunvehedef.az xəbər verir ki, Rusiyanın İctimai Palatasının rəsmi saytında səsvermədə artıq 1.6 milyondan çox vətəndaşın iştirak etdiyi bildirilib.
Ümumilikdə səsvermənin davam etdiyi müddət ərzində 47 hava limanına 124 şəxsin adının verilməsi barədə rəylər daxil olub.
Regionlar arasında rəqabətin olduğu namizədlərə dair müsabiqənin ekspert şurası ikinci tur keçirmək barədə qərar qəbul edib. Hazırda bu siyahıya 5 nəfərin adı daxil edilib: Sergey Korolyov – Moskva (Vnukovo) və Samarada, Mixail Lomonosov – Moskva (Domodedovo) və Arxangelskdə, Mixail Lermontov – Penza və Mineralnıye Vodıda, I Pyotr – Voronej və Sankt-Peterburqda, Fərman Salmanov – Surqut və Nijnevartovskda liderlik edir. Həmyerlimizə 40 mindən artıq insan səs verib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar