Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tehran-43-ün sirri: Stalin səfərə necə hazırlaşırdı?

Baxılıb: 853     Tarix: 28-11-2018 12:29   

SSRİ nümayəndə heyətinin 1943-cü ildə Tehran konfransında təhlükəsizliyinin və işinin təminatı üçün görülən tədbirlər sistemi Sovet rəhbərliyi tərəfindən şərti olaraq “30-cu istiqamət” adını almışdı.
Qanunvehedef.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Federal Mühafizə Xidmətinin direktorunun müşaviri Sergey Devyatov deyib. Onun sözlərinə görə, həmin konfrans zamanı məxfilik rejimi inanılmaz dərəcədə yüksək idi:
“Əgər dəqiq olsaq, “Tehran-43” sadəcə filmin adıdır. Əgər sistemi götürsək, o zaman xüsusi xidmət orqanları, özəlliklə də dövlət mühafizə xəttinin vasitəsilə görülən tədbirlər Kremldə “30-cu istiqamət” adını alıb. Bu adın haradan götürüldüyü bəlli deyil. Yalta konfransı zamanı “Vadi”, Potsdam konfransı zamanı “Palma” əməliyyatları kimi, onun da yaranma tarixi bəlli deyil.
Deyə bilərəm ki, hətta Stalinin Tehran səfərinə hazırlıqla bağlı sənədlər belə insanı heyrətləndirir. 6-cı idarədən olan sınaqdan keçirilən makinaçılar bu və ya digər tədbirin hazırlığı ilə bağlı əmrlər mətni hazırlayırdılar. Onlar coğrafi adlar, səfər edəcək şəxslərin soyadları və saylarından başqa hər şeyi çap edirdilər. Bütün çatışmazlıqlar sonra yüksək zabitlərin əli ilə yazılırdı”.
Qeyd edək ki, Tehran konfransının keçirilməsinin 75 ili tamam olur. Bu konfransda SSRİ, ABŞ və Britaniya rəhbərləri – Stalin, Ruzvelt və Çörçill Tehranda bir araya gəlib. Bunun nəticəsində Hitler Almaniyasının yekun məhvinə və dünyanın müharibədən sonrakı nizamına dair konkret planlar hazırlanıb və tətbiq edilib.
Bu konfransa dair əməliyyatlar “Tehran-43” filmi ilə məşhurlaşıb. Bu filmin çəkilişlərinin böyük əksəriyyəti Bakıda həyata keçirilib. Filmdə sovet xüsusi xidmət orqanlarının Hitlerin üç ölkənin liderinə qarşı sui-qəsd planlarını məhv etməsi əksini tapıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər