Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dili saxlayın, qalsın gələcəyə: dərmanın dozası… - Spiker

Baxılıb: 891     Tarix: 30-11-2018 14:17   

“Dərman vasitələri haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı layihədəki bəzi sözlər millət vəkillərinin etirazına səbəb olub.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili Tahir Kərimli dərmanın təsiri ilə bağlı “effektiv” sözünün, “səmərəli” sözü ilə əvəz edilməsini təklif edib. O, qanunların dilində milli sözlərin istifadəsinin mütləq olduğunu deyib. Millət vəkili bəzi qanun layihələrinin qəbul edilib, prezidentə təqdim edilənə qədər Dil Komisiyasının müzakirəsinə verilməsini də təklif edib.
Millət vəkili Musa Quliyev isə “effektiv” sözünün “səmərəli” sözündən daha doğru ifadə olduğunu deyib.
Millət vəkilləri Hikmət Məmmədov, Əhliman Əmiraslanov müzakirələrdə iştirak edib.
Millət vəkillərinin etirazına spiker münasibət bildirib:
“Əhliman müəllim, dərman qalıb kənarda, keçmişik dili muzakirə etməyə. Deyəsən, dərmanın dozası artıq olub. Komitə iclaslarında bu məsələ müzakirə edilmişdi. Düzdür, dil məsələsi vacibdir. Lakin bu məsələ ilə gələcəkdə məşğul olmaq lazımdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar