Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fransadan aldığımız silahlarla, nəinki Qarabağı, hətta... - İrəvanı SİLKƏLƏYƏN DETALLAR

Baxılıb: 803     Tarix: 04-12-2018 13:15   

"Ermənistan Azərbaycana hər hansı təhlükə yaratmaq niyyətindədirsə və düşünürsə ki, Azərbaycan bu təhlükələr qarşısında özünü qorumayacaq, çox səhv edir".
Qanunvehedef.az bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında politoloq, sabiq siyasi müşavir Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, Azərbaycanın xarici hərbi əməkdaşlıqlarını genişləndirməsi düşməni kəskin şəkildə qıcıqlandırır: "Xüsusilə 2014-cü ildən bəri havadan müdafiə sistemi almaqla bağlı Fransa ilə aparılan danışıqlar birmənalı şəkildə Ermənistanı qıcıqlandırır, hətta qorxudur. Ermənistan Azərbaycana hər hansı təhlükə yaratmaq niyyətindədirsə və düşünürsə ki, Azərbaycan bu təhlükələr qarşısında özünü qorumayacaq, çox səhv edir. Biz bütün imkanlardan istifadə edəcəyik. Nəinki, özümüzü müdafiə, hətta Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş rayonlarımızı azad etmək üçün. Ermənistanı qıcıqlandıran ikinci məsələ isə odur ki, onlara diplomatik yaxınlığı olan Fransa artıq 4 ildən çoxdur ki, Azərbaycana silah satmaqla bağlı danışıqlar aparır. Əlbəttə ki, bu məsələ narahat etməlidir. Necə yəni, bizi dəstəkləyən bir ölkə Azərbaycanla hərbi-texniki əməkdaşlıq edir, müasir sistemlərlə təmin edir?
Ancaq bütün bunlara baxmayaraq, biz heç bir ölkənin silahından imtina etməmişik. Azərbaycan İsrail, Rusiya, Pakistan, Belarus, Fransadan silah alır və bu proses bundan sonra davam edəcək. Biz torpaqlarımızı azad etməliyik və bizi Ermənistanın narahatlığı, qıcıqlanması və buna qarşı mənfi reaksiyası qətiyyən maraqlamdırmır".шаблоны для dle 11.2