Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Lukaşenkodan Kremlə: Buna imkan verməyəcəyəm!

Baxılıb: 754     Tarix: 15-12-2018 11:22   

Dövlətin suverenliyi müqəddəsdir və mən bunun itirilməsinə imkan verməyəcəyəm.
Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən hər zaman suverenliyin itirilməsi təhdidini hiss edirəm. Prezidentin işində əsas məsələ ölkənin suverenliyinin təmin edilməsidir. Hazırda dünyada tam müstəqil dövlətlər yoxdur, amma suveren dövlətlər hələ də var. Sizin Jirinovskinin təklif etdiyi kimi bizi vilayətlərə bölüb, Rusiyaya birləşdirmək istəyirlərsə, bu heç vaxt mümkün olmayacaq. Əgər Rusiya rəhbərliyi belə kateqoriyalarla fikirləşirsə, bu, Rusiyanın ziyanınadır” – deyə o bildirib.
Lukaşenko Rusiya neft sənayesindəki vergi manevri məsələsinə də toxunub və bunun Belarusun müstəqilliyinə təhdid olduğunu deyib. Onun sözlərinə görə, Rusiya hazırda Belarusu tərkibinə qəbul etmək gücündə deyil:
“Rusiya Belarusu vilayətlərlə və ya ümumilikdə tərkibinə qəbul etməyə hazırdımı? Siz nəticələr barədə düşünün. Siz buna hazırsınızmı? Buna sizin və bizim ölkədə, eləcə də dünyada necə baxılacaq? Bəlkə də nə zamansa biz buna da gəlib çıxacağıq, amma buna heç bir problem yaratmadan getmək lazımdır. Əks təqdirdə bizə deyəcəklər ki, siz neftə görə ölkəni satdınız”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar