Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Spikerdən Mübarizi təhqir edən qızla bağlı – Mövqe

Baxılıb: 831     Tarix: 18-12-2018 13:37   

Millət vəkil Fəzail İbrahimli özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı gənc qızın Mübariz İbrahimov haqqında işlətdiyi fikirlərə sərt reaksiya göstərib.
Qanunvehedef.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında bu cür halların Azərbaycanın dəyərlərinə hücum olduğunu bildirib.
Spiker Oqtay Əsədov isə həmkarına irad tutaraq bu cür məsələləri Milli Məclisin gündəliyinə çıxarmağın yanlış olduğunu deyib:
“Mən bu məsələni izləmişəm. Xalqın Milli Qəhrəmana olan hücuma göstərdiyi hiddəti görmüşəm. Belə cılız məsələni Milli Məclisə çıxarmaq, onu bir qədər də tanıtmağın əleyhinəyəm. Həmin şəxs universitetdə oxuyur. Hələ heç psixoloq da deyil. Psixoloq olması üçün də illər lazımdır. O xanımın cavabını sosial şəbəkələrdə xalqımız, insanlar verdi”.



{sape_links}{sape_article}