Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nazir əmr imzaladı: FHN gücləndirilmiş iş rejiminə keçir

Baxılıb: 786     Tarix: 25-12-2018 14:21   

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri dekabrın 29-dan gələn il yanvarın 2-dək gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən Qanunvehedef.az-a verilən məlumata görə, bununla əlaqədar Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.



{sape_links}{sape_article}