Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Səfər Mehdiyev Qusara getdi - Qəbul

Baxılıb: 1 136     Tarix: 28-12-2018 13:00   

Dekabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, əvvəlcə Dövlət Gömrük Komitəsinin sri Səfər Mehdiyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, xatirəsini anıblar.
Qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər məsələlərlə bağlı olub.
DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.



{sape_links}{sape_article}