Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamının icrası tam təmin edildi

Baxılıb: 1 021     Tarix: 29-12-2018 12:54   

Cari ilin 19 dekabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərəncama əsasən nazirlik 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan 42 425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün sərəncam imzalanması dövlət başçısı tərəfindən bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına daha bir qayğısıdır.
Bununla yanaşı, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, gəlirlərinin artırılması və kiçik biznes imkanlarına yiyələnmələri üçün də müvafiq işlər aparılır. Belə ki, cari ildə kiçik ailə təsərrüfatları yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilən 7800 ailədən 1000-i məhz ünvanlı sosial yardım alan ailələrdən ibarətdir.шаблоны для dle 11.2