Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan Boltonla görüşdən imtina etdi – Təcili

Baxılıb: 900     Tarix: 08-01-2019 15:30   

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyə səfərini yekunlaşdıraraq ölkəsinə geri dönüb.
Qanunvehedef.az xəbər verir ki, Türkiyə mətbuatı prezidentlə görüşəcəyi də istisna edilməyən Con Boltonun ABŞ ordusunun Suriyadan çıxarılması üçün kürdlərin təhlükəsizliyinə dair Ankaradan zəmanət istənilməsi ilə bağlı İsrail səfərində səsləndirdiyi fikirlərinə görə Ərdoğan tərəfindən qəbul edilmədiyini yazıb.
Partiyasının TBMM qrup toplantısında çıxış edən Ərdoğan isə Boltonun İsrail səfərində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
“Boltonun verdiyi mesajı udmağımız mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşım kimdir, YPG kimdir, tanımırlar. PKK-YPG-PYD mənim kürd qardaşlarımın təmsilçisi ola bilməz. Biz bu terror qruplaşması üzvlərinin istər kürd, istər ərəb, istərsə də türk vətəndaşlarımızın içərisindən çıxmasına baxmayaraq, öhdəsindən gələrik. Terrorçular kürd olacaq və bunlara toxunmayaq? Belə bir şey ola bilməz. Terrora yeni bir tərif vermişiniz? Terrorçudursa, nə lazımdırsa, ediləcək. Bolton çox ciddi bir səhv etmişdir. Suriyadakı terror koridoru daxilində yer alanlar lazımı dərsi alacaqdır”, - Ərdoğan bildirib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar