Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp Qarabağ münaqişəsindən danışdı

Baxılıb: 776     Tarix: 19-01-2019 20:18   
ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.
Qanunvehedef.az "report"a istinadla xəbər verir ki, o, məktubunda N.Paşinyanı Baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
"Birlikdə biz ticarət və iqtisadi əlaqələri dərinləşdirmək üçün səylərimizi inkişaf etdirə bilərik", - D.Tramp yazıb.
ABŞ lideri qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək.
Xatırladaq ki, yanvarın 14-də Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyan tərəfindən Baş nazir təyin olunub. Ötən il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku 132 mandatdan 88-ni qazanıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar