Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İrəvan qorxuda: Bakı bu raketlərlə məhv edəcək

Baxılıb: 835     Tarix: 18-02-2019 12:27   

Azərbaycan Ordusunun silahlanmasına bir müddət əvvəl “Stels” texnologiyaları ilə təchiz edilən SOM-B1 qanadlı raketləri daxil olub. Bu raketlər hava və raket hücumundan müdafiə obyektlərinin məhv üçün nəzərdə tutulub.
Qanunvehedef.az xəbər verir ki, bunu “Nyus.am” saytına açıqlamasında erməni hərbi ekspert Van Ambartsumyan deyib.
“Ermənistan ordusunun arsenalından olan S-300 PS və S-300 PT zenit raket kompleksləri onlar üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir. Bu raketlər 10 metr yüksəklikdə uça bilir. Erməni ordusunda olan S-300-lər isə minimum 25 metr yüksəklikdəki hədəfləri məhv etmək imkanına malikdir”, – deyə o bildirib.
O, 9K317 Buk-M2 raket komplekslərinin də bu tip raketləri ələ keçirmək iqtidarında olmadığını deyib.
Ambartsumyan Azərbaycanın İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim təyyarələrinin aktiv alışı ilə məşğul olduğunu söyləyib:
“Bu təyyarələr NATO standartları ilə yığılır. Bu təyyarələr döyüş məqsədiylə tam şəkildə istifadə oluna bilər və hava-torpaq tipli aviabombaları atmaq gücündədir. Onlar həmçinin SOM-B1 raketləri ilə zərbə endirmək imkanındadır”.
Ekspert Bakının təkcə İtaliyadan təyyarələr almadığını, həm də Rusiyadan Su-30 MKA çoxfunksiyalı qırıcılarını almağa hazırlaşdığını və artıq Əlcəzairə təlim üçün öz pilotlarını göndərdiyini bildirib.
Ambartsumyan bu təyyarələrin göstəricilərinə görə Ermənistanın almaq istədiyi Su-30CM təyyarələrini üstələdiyini söyləyib.
Qeyd edək ki, SOM-B1 raketləri TUBİTAK tərəfindən hazırlanıb. Bu raketlər qurudan, dənizdən və havadan atıla bilir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar