Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Baş nazir ad günündə parlamentə getdi

Baxılıb: 507     Tarix: 15-03-2019 12:28   

Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Qanunvehedef.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov Milli Məclisdə çıxışa başlayıb.
Baş nazir çıxışının nəzərdə tutulmadığını bildirib:
“Mənim hesabat verməyim əvvəlcədən nəzərdə tutulmur. Ancaq indi sizin qarşınızda çıxış edib hesabat verməyim çox yaxşı hadisədir. Biz Novruz bayramı ərəfəsini yaşayırıq. Xalqımız bu bayrama çox bağlıdır. Mən də yaranan fürsətdən istifadə edərək sizi təbrik edirəm. Eyni zamanda cənab Prezidentin rəhbərliyi altında ildən-ilə çiçəklənən Azərbaycanda sizə fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Qeyd edək ki, bu gün Baş nazir Novruz Məmmədovun ad günüdür.
Bununla bağlı MM sədri Oqtay Əsədov deputatlara müraciətlə deyib ki, hesabat günü hörmətli Baş nazirimiz Novruz müəllimin ad gününə düşür:
"İcazə verin, həm öz adımdan, həm də sizin adınızdan hörmətli Baş nazirimizi təbrik edim”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar