Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin Ruslanı mükafatlandırdı - Foto

Baxılıb: 696     Tarix: 10-04-2019 14:22   

Soydaşımız Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib.
Qanunvehedef.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Kaluqa vilayətində həyata keçirilən ETNOMİR layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidenti, azərbaycanlı Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib. Fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib.
Ruslan Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb.
Həmyerlimiz Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Onun həyata keçirdiyi əsas layihələrdən biri unikallığı ilə seçilən və dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verən ETNOMİR mədəniyyət-təhsil turizm mərkəzidir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar