Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türk deputatdan erməni jurnalistə: Azərbaycana görə...

Baxılıb: 674     Tarix: 17-04-2019 13:56   

Azərbaycan qırmızı cizgimizdir. Ermənistan mövcud problemin həlli üçün addımlar atmalıdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri AKP-nin Ordu bölgəsi üzrə deputatı Mətin Gündoğdu erməni jurnalistə açıqlamasında deyib.
“Bir millət, iki dövlət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Ermənistanın Azərbaycanla olan problemi həll etməsi lazımdır. Bu, regionun rifahı və burada yaşayanların birliyi üçün olduqca önəmlidir. Bunları edə bilsək, güclü coğrafiyaya sahib olarıq
Erməni diasporu Ermənistana zərər verir və sərhədləri bağlı saxlayır. Gərgin durumda problemlər həll edilməz. Əsas məsələ bu regionda birlik təşkil edib irəliyə doğru hərəkət etməkdir. Mətbuat nümayəndələrinin vəzifəsi sual verməkdir, bəli! Lakin gərginliyi artıracaq cəhdlər etmək doğru deyil. Öncəki prezidentimiz (Abdullah Gül) Ermənistana səfər etdi. Aramızdakı problemlərin həlli üçün yeni bir imkan var və bu imkan dəyərləndirilməlidir. AKP heç kimə qarşı ayrıseçkilik etməyən partiyadır. Bizim partiyadan erməni deputat da var: Markar Eseyan. Artıq 3-cü çağırışıdır ki, parlamentdə erməniləri təmsil edir.
Deputat erməni jurnalistin erməni əsilli HDP-çi Qaro Paylanla bağlı sualını da cavablayıb:
“O, fərqli bir siyasi xətt üzrə hərəkət edir. Onun təmsil olunduğu qurum Türkiyədə irqçilik edən, faşizm üzərində hərəkət edən və separatçılıqla məşğul olan partiyadır. Onlar PKK və PYD kimi terror qruplarına arxalanırlar. İrqçilik bütün ölkələrə zərər vermişdir. İrqçiliyin istənilən formasına qarşıyıq”, - deyə deputat bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar