Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Heydər Əliyev təəccüblü şəkildə bunu bacardı - Yakuboviç

Baxılıb: 821     Tarix: 07-05-2019 16:37   

Ümummilli lider Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında ənənəvi güclü əlaqələri ən yüksək səviyyədə saxlaya bildi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri “Vestnik Kafkaza” nəşrinə rusiyalı aparıcı və aktyor, Rusiyanın xalq artisi Leonid Yakuboviç “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” adlı kitabın təqdimat mərasimi və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 96 illiyi münasibətilə Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin qonaq evində keçirilən qəbul çərçivəsində danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasındakı dostluq ənənədir.
“Heydər Əliyev əlaqələri qıran çoxlarından fərqli olaraq, bu ənənəni sadəcə təəccüblü şəkildə dəqiq və həssas formada saxlamışdır. O, möhtəşəm intuisiyası ilə özü üçün vəzifələri müəyyən edərək, bütün bunları saxlaya bildi. Çünki əsas xalqdır. Havada və quşlarda olduğu kimi, xalqın da sərhədləri yoxdur. Xalq həmişə təkdir, çünki biz Yer sakinləriyik. Heydər Əliyev bunu hər kəsdən yaxşı bilirdi, hiss edirdi və bu möhtəşəmdir. Adı və əməlləri əsrlərlə yaşasın!” - Leonid Yakuboviç bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar