Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bizi devirmək mümkün deyil…” – Belarusda çevriliş cəhdi?

Baxılıb: 514     Tarix: 09-05-2019 16:10   
Qanunvehedef.az Rusiya mətbuatına istinadla xəbər verir ki, son günlər Belarus xüsusi xidmət orqanlarında həyata keçirilən həbslər ölkədə geniş müzakirələrə və şaiyələrə səbəb olub.Belə ki, bəzi dairələr həmin həbslərin prezident Aleksandr Lukaşenkoya qarşı çevriliş planları ilə bağlı olduğunu iddia edirlər.
“Telegram” internet kanalında gedən məlumata görə, Belarus xüsusi xidmət orqanlarında kütləvi həbslər davam edir və həmin həbslər prezidenrtə qarşı sui-qəsd planının ifşası ilə əlaqədardır. Lakin Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bu məlumatları təkzib edərək, belə kanalların informasiyalarına inanmamağı və onların populyarlığını artırmamağı tövsiyə edib.
Lukaşenko özü isə açıqlamasında onun hakimiyyətini devirməyin mümkün olmadığını deyib: “Bizi bugün Venesuelada, yaxud dünən Liviyada, Suriyada olduğu kimi əymək, devirmək mümkün deyil.”
O, bildirib ki, Belarusdakı hazırkı hakimiyyət sabah “pensiyaya çıxsa”, növbəti nəslə sakit və sülh şəraitində yaşayan ölkə qoyacaq.
Prezident bildirib ki, Belarusun qarşısında duran yeganə təhlükə iqtisadiyyatdakı neqativ tendesiyaların artmasıdır. Ona görə də, Lukaşenko hər kəsi “necə lazımdır” işləməyə çağırıb.
Ancaq bunlarla yanaşı qeyd edək ki, doğrudan da son günlərdə Belarus xüsusi xidmət orqanlarında həbslər aparılmasına dair rəsmi məlumatlar var. Belə ki, prezidentin sabiq cangüdəni və ölkənin Təhlükəsizlik Şurası katibinin müavini Andrey Vtyurinin və “Beltelekom”un rəhbəri Serqey Sivodedovun Belarus DTX-sı tərəfindən həbs edilməsi rəsmən təsdiqlənib. Rəsmi orqanlar bu həbslərin sözügedən şəxslərin rusiyalı iş adamlarından rüşvət aldıqlarına görə həyata keçirildiyini bildiriblər. Ancaq bəzi yerli mənbələr rəsmi məlumatla razılaşmırlar.
Onu da qeyd edək ki, A.Lukaşenko mayın 9-da Moskvada keçirilən hərbi parada da qatılmayıb və bunu Minskdə keçirilən anoloji tədbirdə iştirak etməsi ilə əlaqələndirib.шаблоны для dle 11.2