Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var” – Ərdoğan

Baxılıb: 642     Tarix: 10-05-2019 08:39   
“Avropa İttifaqının Türkiyəyə ehtiyacı Türkiyənin Aİ-yə ehtiyacından daha çoxdur”.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may Avropa Günü ilə əlaqədar Aİ-nin İslahat Fəaliyyət Qrupunun Türkiyədəki altıncı toplantısında deyib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin tam üzv olaraq yer almadığı bu təşkilatın qurucu dəyərləri təmsil etmə ideyasının hələ də təmin olunmadığını bildirib:
“Terrorla mübarizədə quruma üzv ölkələr də, təşkilatın digər institutları da bizimlə həmrəy olmadılar. Aİ-də terror təşkilatlarına qarşı mübarizəmizə göz yumdular. Biz Aİ standartlarına uyğunlaşma addımlarını vətəndaşlarımızın rifahı naminə atırıq. Viza rejiminin ləğvi ilə bağlı Aİ-nin 72 tələbindən 66-nı təmin etmişik. Qısa zamanda digər 6 tələb də öz həllini tapacaq. Bundan sonra Aİ-nin vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar