Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tokayevdən seçki açıqlaması: Əsassız tənqidlər...

Baxılıb: 587     Tarix: 10-06-2019 11:16   

Qasım-Jomart Tokayev Qazaxıstanda keçirilən seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra həmvətənlərinə göstərdikləri etimada görə təşəkkür edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə namizədin seçki qərargahından açıqlama verilib.
“Seçkiqabağı kampaniyanın sivil xarakter daşımasına və sakit keçməsinə çox şadam. Əslində rəqabət seçki proqramları arasında aparıldı. Bir-birinin ünvanına əsassız tənqidlər səsləndirilmədi. Bütün bunlar ölkədə siyasi mədəniyyətin yüksəlməsindən xəbər verir”, - Tokayev bildirib.
Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçirilib. Prezidenlik adı uğrunda 7 namizəd mübarizə aparıb. Ekzit-poll nəticələrinə görə, 70 faizə yaxın səs toplayan Tokayev seçkiyə liderlik edir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar