Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərdoğan son nöqtəni qoydu: ABŞ-a sərt mesaj

Baxılıb: 586     Tarix: 13-06-2019 12:04   

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükünün iyulda baş tutacağını bəyan edib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
"Mən demirəm ki, Türkiyə S-400 kompleksləri alır. Mən deyirəm ki, Türkiyə artıq onları alıb və bu iş yekunlaşıb. Onların tədarükü gələn ay gerçəkləşəcək", - deyə türkiyəli dövlət başçısı bildirib.
O əlavə edib ki, Ankara ölkənin müdafiəsi üçün kimlərdənsə icazə almaq niyyətində deyil.
"Biz ABŞ-dan bizə öz sistemlərini satmağı istədik, onlar isə bizə rədd cavabı verdilər", - deyə Ərdoğan vurğulayıb.
Mənbə: oxu.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar